Page 71 - "Morelin ixtirası"
P. 71
Morelin ixtirası

***
Bu, cəhənnəm əzabıdır. İki günəşin istisinə
dözmək olmur. Özümü yaxşı hiss etmirəm. Şalğama
bənzər, tamam lifli bir neçə soğan yemişəm.
Hər iki günəş yuxarıda, biri digərindən bir az
hündürdə işıq saçırdı. Qəfildən çox yaxın məsafədə,
riflərin arasında bir gəmi peyda oldu (məncə, həmin
ana qədər bir gözüm daim dənizdə olmuşdu). Sanki
mən yuxuya getmiş (iki günəşin istisində milçəklər
də yuxulu uçurlar) və bir neçə saniyə, yaxud bir ne-
çə saat sonra oyanmışdım, amma nə yuxuya get-
məyimdən, nə də oyanmağımdan xəbərim olmamışdı.
Gələn ağ rəngli yük gəmisi idi. “Bu da mənim sonum”,
– deyə dilxor halda düşündüm. Yəqin ki, adanı
tədqiq etməyə gəliblər. Gəminin uzun, sarı bacası
(Royal Mail və Pacific Line şirkətlərinə məxsus gə-
milərdə olduğu kimi) üç dəfə fit verdi. Gəlmələr tə-
pənin kənarlarına axışdılar. Qadınlardan bir neçəsi
yaylıqları ilə gəmini salamlayırdı.
Dəniz sakit idi. Gəmidən dənizə bir dənə qayıq
endirdilər. Motoru işə salmaq üçün bir saat əlləşdilər.
Zabit, ya da gəmi kapitanı geyimində bir nəfər adada
düşdü, qalanları gəmiyə qayıtdılar. Kapitan təpəyə
qalxdı. Maraq mənə güc gəldiyindən, ağrılarıma və
yediyim soğanları həzm edə bilməməyimə baxma-
yaraq, o biri tərəfdən təpəyə dırmaşdım. Kapitan
hörmətlə ada sakinlərini salamlayırdı. Ondan
səyahətinin necə keçdiyini, Rabaulda lazım olan hər
şeyi tapıb-tapmadığını soruşdular. Can verən simurq

71
   66   67   68   69   70   71   72   73   74   75   76