Page 58 - "Morelin ixtirası"
P. 58
lfo Bio Kasares

qayıqla... Hətta tufan dayansaydı belə, bu aysız
gecədə qayıqla dənizə çıxmaq qorxunc olardı. Bundan
əlavə, heç qayıq suyun üzündə uzun müddət qala
bilməzdi... Adanın aşağı tərəfləri isə çox güman ki,
artıq suyun altında qalmışdı. Bir sözlə, çox uzağa
gedə bilməzdim. Ən yaxşısı, burada qalıb qulaq
asmaq, bu adamların hərəkətini müşahidə eləmək
və gözləməkdir.

Ətrafa boylandım və pilləkənlərin altındakı balaca
anbarda gizləndim (öz məharətimə gülümsəyərək).
Bu, çox axmaq hərəkət idi (sonradan başa düşdüm).
Əgər məni axtarsaydılar, bura mütləq baxacaqdılar.
Bir müddət heç nə fikirləşmədən sakit dayandım,
lakin hələ də karıxmış halda idim.

Qarşımda iki sual meydana çıxdı:
Birincisi, bu adamlar adaya necə gəldilər? Bu
tufanda heç bir kapitan ürək eləyib sahilə yaxınlaş-
mazdı; gəmidən qayıqlara keçib, adaya qayıqlarda
gəlmiş ola bilərdilər – bu isə boş söhbətdir.
İkincisi, bura nə vaxt gəliblər? Deyirdi ki, yemək
xeyli vaxtdır hazırdır; axı mən on beş dəqiqə bundan
əvvəl zirzəmiyə düşəndə adada heç kəs yox idi.
Morelin adını çəkdilər. Bu, o deməkdir ki, söhbət
əvvəlki gəlmələrin geri qayıtmağından gedir. Düşün-
düm ki, ola bilsin, Faustineni yenə görüm (bu fikir
ürəyimi yerindən çıxarırdı).

58
   53   54   55   56   57   58   59   60   61   62   63