Page 54 - "Morelin ixtirası"
P. 54
lfo Bio Kasares

edirdi; üzü hələ də şən görünürdü. Onun arxayınlığı
məni hələ də dəhşətə gətirir.

Həmin andan bu gün axşama qədər utancımdan
özümə yer tapa bilməmiş və Faustinenin qarşısında
diz çökmək istəyi ilə alışıb-yanmışam. Günəşin bat-
mağını gözləməyə səbrim çatmadı. Özümü həlak
eləməyə qərarlı halda və hər şey qaydasında gedərsə,
kövrək yalvarış səhnəsində rol alacağım hissi ilə
təpəyə yollandım. Mən yanılırmışam. Baş verənləri
heç nə ilə izah etmək mümkün deyil. Təpədə heç
kim yoxdur.

***
Təpəni bomboş görəndə qorxdum ki, mənə tələ
qurmuş olarlar. Təlaşlı halda, aradabir gizlənə-gizlənə
bütün muzeyi gəzdim. Lakin burada hazırda heç
kəsin olmadığından, hətta heç vaxt, heç kəsin olma-
dığından əmin olmaq üçün üzündən kimsəsizlik ya-
ğan mebellərə və divarlara nəzər salmaq kifayət idi.
Çoxlu otağı olan bir evdə az qala iyirmi gün
olmadıqdan sonra bütün əşyaların, qoyub getdiyin
yerdə olub-olmadığını anlamaq asan deyil; bununla
belə, mənim üçün aşkardır ki, bu on beş adam (bir
o qədər də qulluqçu) bir dənə də olsun skamyanın,
lampanın yerini dəyişməyib, dəyişibsə də, qaytarıb
əvvəlki yerinə qoyub. Mətbəxi, camaşırxananı
yoxladım; iyirmi gün öncə qoyub getdiyim yemək
xarab olmuş, asdığım paltar da (muzeydəki şkafın
gözündən əkişdirmişdim) qurumuşdu; amma onlara
insan əli dəyməmişdi.

54
   49   50   51   52   53   54   55   56   57   58   59