Page 52 - "Morelin ixtirası"
P. 52
lfo Bio Kasares
anlamırdım. Bu mənasız cəfəngiyyat əsəblərimi oyat-
mışdı.
– Məqsədimi tam olaraq sizə açıb desəydim...
– Sizi təhqir edərdim?
– Ya da bir-birimizi başa düşərdik. Vaxt azdır. Üç
gün. Bir-birimizi başa düşməməyimiz çox pisdir.
Faustinenin və uzunsaqqallının sözləri və hərəkət-
lərinin səkkiz gün bundan qabaq dedikləri sözlər və
etdikləri hərəkətlərlə üst-üstə düşdüyünü gec də
olsa anladım. Lənətə gəlmiş əbədi geri dönüş! Amma
yenə də hər şey tam üst-üstə düşmürdü. Belə ki,
keçən dəfə Morelin ayaqladığı bağçam indi ölü və
əzilərək yerə basılmış güllərin qalıqları ilə dolu
palçıqlı nahamar bir sahədir.
İlk təəssüratım məni sevindirdi. İnandım ki, belə
bir kəşf eləmişəm: bizim hərəkətlərimizdə gözlənilməz
və mütəmadi təkrarlıqlar baş verir. Əlverişli bir fürsət
sayəsində bu qanunauyğunluğu müşahidə edə bildim.
İki eyni insanın müxtəlif görüşlərinə gizli şahid olmaq
tez-tez baş tutan şey deyil. Teatrda olduğu kimi, hə-
yatda da bəzi səhnələr təkrarlanır.
Faustineyə və saqqallı adama qulaq asdıqca,
onların keçəndəfəki söhbətlərindən yadımda qalanları
nizamlamağa çalışırdım (bir neçə səhifə yuxarıda
onları qeyd eləmişdim). Qorxurdum ki, bu tapıntı,
sadəcə, mənim yaddaşımın zəifliyindən, yaxud da
real bir səhnəni yarıunudulmuş və beləcə sadələş-
dirilmiş bir səhnə ilə müqayisə etməyimdən qay-
naqlanır.
52