Page 51 - "Morelin ixtirası"
P. 51
Morelin ixtirası

– Əgər sizi Vincennesdəki1 həmin gecədən bir
qədər əvvəlki vaxta apara bilsəydim, mənə inanar-
dınızmı?

– Sizə heç vaxt inanmazdım. Heç vaxt.
– Bu, gələcəyin keçmişə təsir effektidir, – deyə
Morel fərəhlə, lakin yavaş səslə cavab verdi. Sonra
bir müddət sakitcə dənizə tamaşa elədilər. Nəhayət,
kişi sanki qəm-qüssəni dağıtmaq istəyirmiş kimi da-
nışmağa başladı:
– İnanın mənə, Faustine...
Bu, mənə zəhlətökən təsir bağışladı. Səkkiz gün
əvvəl eşitdiyim eyni yalvarışları təkrar edirdi.
– Yox... Mən bilirəm, məqsədiniz nədir.
Danışıqlar təkrar olunur. Belə ola bilməz. Bu
yerdə oxucu gərək mənim tənhalığımın acı nəticələri
ilə qarşılaşdığını düşünməsin, həmçinin “qaçaq”,
“tənha”, “mizantrop” sözlərinin bir-biri ilə asanlıqla
səsləşdiyini qəbul etməsin. Mən ünsiyyət məsələsini
hələ məhkəmə prosesindən öncə araşdırmışdım:
söhbət – tərəflər arasında xəbər mübadiləsi (məsələn,
hava haqqında xəbərlər), onlara məlum olan və ya
qarşılıqlı olaraq paylaşılmış ortaq hiddət, yaxud se-
vinc (məsələn, intellektual) ifadəsidir. Burada hərə-
kətverici qüvvə – danışmaq, razılıq və ya narazılığı
ifadə etmək istəyidir.
Onlara baxır, qulaq asır, qəribə nə isə baş verdiyini
hiss edirdim, amma bunun nədən ibarət olduğunu

1Vincennes – Fransada şəhər

51
   46   47   48   49   50   51   52   53   54   55   56