Page 56 - "Morelin ixtirası"
P. 56
lfo Bio Kasares
çoxunu yoxladım, işıq yox idi. Belə çıxır ki, mənim
təxminim doğru imiş: qabarmalar mühərrikləri enerji
ilə təmin edir (hidravlik dəyirman, ya da adanın
cənubundakı silindr vasitəsi ilə). Gəlmələr bütün
enerjini istifadə edib qurtarıblar. Son iki qabarmadan
sonra arada uzunmüddətli sakitlik hökm sürdü. Bu
interval məhz bu gecə, mən muzeyə girəndə başa
çatdı. Hər yeri bağlamalı oldum; sanki dəniz və külək
adanı uçurmaq istəyirdi.
Birinci zirzəmidə, alaqaranlıqdakı nəhəng mühər-
riklərin arasında özümü tamamilə əzgin hiss edirdim.
Özümə qəsd eləmək üçün toplamalı olduğum güc
belə səmərəsiz idi; belə ki, Faustine yoxa çıxandan
sonra öz ölümümdən ala biləcəyim həzz də aktuallığını
itirmişdi artıq.
***
Zirzəmiyə düşməyimə haqq qazandırmaq üçün
generatoru işə salmağa cəhd elədim. Bir neçə zəif
partlayış baş verdi və içəriyə yenidən sakitlik çökdü.
Çöldə tufan sidr ağacının budaqlarını çardağın
pəncərəsinə vururdu.
Zirzəmidən necə çıxdığımı xatırlamıram. Yuxarıya
çatanda mühərrik səsi eşitdim; işıq bütün binaya
yayıldı və qarşımda iki nəfər kişi gördüm: biri ağ,
digəri yaşıl geyinmişdi (aşpaz və qulluqçu). Onlardan
hansısa sual verdi (ispanca):
– Mənə deyə bilərsiniz, niyə o, bu kimsəsiz yeri
seçib?
56