Page 33 - "Morelin ixtirası"
P. 33
Morelin ixtirası

***
Qorxmuşam. Özümdən də çox narazıyam. İndi
hər an çağırılmamış qonaqların gələ biləcəyinə hazır
olmalıyam; əgər gecikirlərsə, malum signum1, demək
ki, məni tutmağa gəlirlər. Bu gündəliyi gizlədib, bir
izahat hazırlayacağam və onları qayığın yaxınlığında,
savaşmağa və qaçmağa hazır halda gözləyəcəyəm.
Bununla belə, təhlükələr barədə düşünmürəm. Məni
başqa bir şey narahat edir – xeyli ehtiyatsızlıq
etmişəm və qadını həmişəlik itirə bilərəm.
Yuyunub təmizləndim və saç-saqqalım əvvəlkin-
dən də pırtlaşıq vəziyyətdə – su dəyəndən sonra
tüklərim vız-vız durdu – onu görməyə getdim. Belə
bir plan cızmışdım ki, qayaların yanında qadını göz-
ləyərəm, o da gəlib məni fikrə dalmış, günbatana
baxan yerdə görər. Bir az təəccüb, bir az da ola bil-
sin qorxu, yekunda onda bir maraq yaradar; günə-
şin batmasına olan ortaq marağımız bizi yaxın-
laşdırar, o, məndən kim olduğumu soruşar və biz
dost olarıq...
Mən çox gecikdim (Vaxt sarıdan həmişə qeyri-
dəqiq olmağım məni özümdən çıxardır. Bu, hələ
Karakasda olanda mənə xas ən zəhlətökən cəhət-
lərdən biri idi).
Hər şeyi məhv elədim – o, günbatana tamaşa
edirdi, mən də qəfildən qayaların arxasında peyda
oldum. Belə qəfil, özü də üz-başı tük içində çıxdı-

1malum signum – pis əlamət

33
   28   29   30   31   32   33   34   35   36   37   38