Page 29 - "Morelin ixtirası"
P. 29
Morelin ixtirası
Alətlər muzeydədir. Birtəhər cəsarətimi toplayıb
ora gedə bilmək və alətləri gətirmək istərdim. Amma
bəlkə də, heç buna ehtiyac qalmayacaq: ya bu
adamlar çıxıb gedəcəklər, ya da ola bilsin ki, bütün
bunları qarabasma kimi xatırlayacağam.
Qayıq əlçatmaz yerdə – adanın şərq sahilindəki
qumluqlardadır. Burada dustaq olmadığım və istədiyim
vaxt adanı tərk edə biləcəyim hissindən savayı,
əslində çox şey itirmiş olmuram. Guya, bu vəziyyətdə
qayıqla üzə bilərəm?! Qayıqda getməyin cəhənnəm
əzabı olduğunu yaxşı bilirəm. Rabauldan bura qədər
qayıqla gəlmişəm. Nə içməli suyum, nə də başımda
papağım var idi. Avar çəkəndə dəniz adama sonsuz
gəlir. Günvurma və yorğunluq məni tamam əldən
salmışdı. Qızdırmalı xəstəlik və bitməyən qarabasmalar
mənə əzab verirdi.
Hazırda ən böyük xoşbəxtliyim yeməli bitki kök-
lərini ayırd etməyi bacarmağımdır. Həyatımı o qədər
qaydasına salmışam ki, bütün işlərimi qurtardıqdan
sonra hələ dincəlməyə də bir az vaxtım qalır. Bu
baxımdan, özümü azad və xoşbəxt hiss edirəm.
Dünən bir az ləngimişdim; ona görə bu gün da-
yanmadan işlədim, amma sabaha da görməli işim
qaldı. İşim bu qədər çox olanda axşamlar gördüyüm
qadın gecə yuxumu qaçırmır.
Dünən səhər dəniz alçaq torpaqları tamamilə
basmışdı. Heç vaxt bu qədər geniş qabarma görmə-
mişdim. Su yüksəlməkdə davam edirdi ki, birdən
yağış yağmağa başladı (burada yağış nadir hallarda
29