Page 26 - "Morelin ixtirası"
P. 26
lfo Bio Kasares
Lakin bu qadın mənə bir ümid verib. Ümidlərdən
qorxmaq lazımdır.
Hər axşam qüruba tamaşa edir, mən də gizlənib
ona baxıram. Dünən də, bu gün də anladım ki, mən
hər gecə və səhər bu anları gözləyirəm. Bu qadın
qaraçılara xas cazibəsi və həddən artıq böyük olan
rəngli yaylığı ilə mənə məzəli görünür. Hərçənd yarı-
zarafat, yarıgerçək hiss edirəm ki, əgər o, bir anlıq
mənə baxıb, bir-iki kəlmə söz desəydi, üzərimdə
adamın dostlarından, sevgilisindən və öz qanından
olan yaxınlarından duya biləcəyi bir nəvaziş hiss
edərdim.
Bəlkə də, mənim ümidlənməyimə səbəb balıqçılar
və saqqallı tennisçi oldu. Bu gün qızı bu tennisçi ilə
görüb hirsləndim. Qısqanmıram, amma qızı dünən
də görməmişdim; qayalıqlara tərəf gedirdim ki,
qabağıma balıq tutanlar çıxdı. Mənə heç nə deyə
bilmədilər, çünki onlar məni görməmiş aradan çıxdım.
Yuxarıdan hərlənmək istədim, o da alınmadı; yuxarıda
yoldaşları oturub balıq tutanlara tamaşa edirdi.
Uzun dolama yolla birtəhər gəlib çıxanda, günəş
artıq batmışdı, qayalıqlar da gecə ilə baş-başa qalmaq
üzrə idi.
Bəlkə də, mən böyük bir axmaqlıq edirəm; bəlkə
də, axşam günəşinin şüalarında qızınan bu qadın
məni polisə verər.
Deyəsən, ona qarşı haqsızlıq edirəm; bununla
belə, qanunun təhdidini də unutmuram. Sizi cəzaya
məhkum edənlər qarşınıza, sizi azadlığınızdan daha
26