Page 21 - "Morelin ixtirası"
P. 21
Morelin ixtirası
Yataq otaqları müasir, dəbdəbəli və narahatdır;
düz on beş dənəsi var; öz qaldığım otaqda yenidən-
qurma aparmaq istəsəm də, ortaya gözəgəlimli bir
nəticə çıxmadı. Pikassonun rəsmlərindən, hisə verilmiş
şüşə masadan, içində qiymətli imzalar olan cild-cild
kitablardan canımı qurtardım, amma yekunda narahat
bir xarabada yaşamalı oldum.
***
Zirzəmidə iki bənzər vəziyyətdə tapıntı elədim.
Birincisində, anbarda ərzaqlar qurtarmaq üzrə idi
və özümə yemək axtarırdım ki, cihazlar olan otaq
tapdım. Zirzəmidə gəzəndə divarların heç birində,
çöl tərəfdə olarkən gördüyüm, budaqların arxasında
gizlənmiş qalın şüşəli və məhəccərli kiçik pəncərəni
görə bilmədim. Sanki kimsə bu pəncərənin gerçək
olmadığını və yuxuda gördüyümü mənə inandırmağa
çalışırmış kimi, doğrudan da, orada onun olub-
olmadığını yoxlamaq üçün təzədən bayıra çıxdım.
Pəncərə yerində idi. Zirzəmiyə qayıtdım, amma
pəncərənin içəridən hansı səmtə düşdüyünü çətinliklə
tapdım. Hər hansı bir deşik, gizli bir qapı olub-olma-
dığına baxdım. Lakin divar olduqca hamar və möhkəm
idi. Fikirləşdim ki, bir adada belə gizli bir yer varsa,
əlbət ki, orada nə isə bir xəzinə gizlənər. Hər halda
qərar verdim ki, divarı dağıdım və içəri girim;
düşündüm ki, içəridəki pulemyot və sair silah-sursat
deyilsə, onda çox güman ki, qida ehtiyatı olacaq.
Qapını kilidləmək üçün istifadə olunan dəmir
çubuqla taqətsiz halda divarda balaca bir deşik aça
21