Page 19 - "Morelin ixtirası"
P. 19
Morelin ixtirası

yırtıq şalvarımın cibini şişirdir. Kitabı ona görə
götürdüm ki, əvvəla Belidor adı mənə qəribə gəldi
və bir də Moulin Perse başlığına görə fikirləşdim ki,
bəlkə, aşağı tərəflərdə görünən dəyirman haqqında
kitabda nə isə yazılmış olar. Məhkəmə prosesinə
görə yarımçıq qalmış və bu kimsəsiz adada davam
etdirmək istədiyim bəzi tədqiqatlarıma kömək ola
biləcək məlumatlar tapmaq üçün rəfləri nəzərdən
keçirdim. Düşünürəm ki, ölməzliyi ona görə itiririk
ki, ölümə qarşı müqavimət heç bir təkamül keçməyib;
çünki bu müqavimət ən ilkin və ibtidai amala, yəni
bütün bədəni salamat saxlamağa istiqamətlənib.
Əslində isə, yalnız şüurla əlaqəli olan məfhumları
qoruyub saxlamağa çalışmaq lazım idi.

Vestibülün divarlarına çəhrayı rəngli mərmərdən
üzlük çəkilib. Bəzi yerlərdə üzərində dördkünc
sütunları xatırladan yaşıl rəngli qabartmalar var.
Mavi rəngli pəncərələr az qala öz evimin yuxarı
mərtəbəsi hündürlüyündədir. Hər birinin içində altı
nəfər adamın rahat şəkildə yerləşə biləcəyi, kirəcdən
hazırlanmış dörd ədəd iri çıraq ətrafa elektrik işığı
saçır. Kitablar buranın dekorasiyasını nisbətən
yaxşılaşdırır. Qapılardan biri dəhlizə, digəri dairəvi
salona, üzərinə pərdə çəkilmiş balacası isə dolama
pilləkənə doğru açılır.

Mərmər üzlüklü və xalça ilə örtülü əsas pilləkən
dəhlizdən qalxır. Burada həsirdən düzəldilmiş stullar
var və divar boyu kitablar düzülüb.

Yemək otağı təxminən 16mx12m ölçüdədir. Hər
divarda qırmızı ağacdan yığılmış sütunlar üzərində,

19
   14   15   16   17   18   19   20   21   22   23   24