Page 15 - "Morelin ixtirası"
P. 15
Morelin ixtirası
canlı insan görmürdüm; amma onlara fasiləsiz də
tamaşa edə bilmərəm.
Əvvəla ona görə ki, görüləsi çox işim var; hazırda
olduğum yer ən təcrübəli ada sakinini belə məhv
etməyə qadirdir; özüm də bura təzə gəlmişəm və
alətlərim də yoxdur. İkincisi, onlara baxdığım vaxt,
ya da özləri bu tərəfləri gəzəndə məni görə bilərlər;
bunun qarşısını almaq üçün cəngəlliyin içində gizli
daldalanacaqlar düzəltməliyəm. Ümumiyyətlə,
adamları durduğum yerdən görmək çox çətindir:
çünki onlar təpənin ən hündür yerindədirlər və bu-
radan baxanda ötəri kölgələr kimi görünürlər; onları
yalnız yamaca yaxınlaşanda aydın görə bilirəm.
Vəziyyətim, doğrudan da, acınacaqlıdır: adanın
bu alçaq ərazisində yaşamalı olduğum vaxt, dənizin
ən yüksək qabarma dövrünə təsadüf edir. Bir neçə
gün əvvəl, adaya gəlişimdən bugünədək ən hündür
dalğaları gördüm.
Qaranlıq düşəndə ağac budaqları toplayır və
onların üstünü yarpaqlarla örtürəm. Artıq suyun
içində oyanmağıma təəccüblənmirəm. Dalğa səhər
haradasa saat yeddidə, bəzən də daha tez yüksəlməyə
başlayır. Lakin həftədə bir dəfə mənimçün ölümcül
ola biləcək dalğalar gəlir. Ağacın gövdəsinə çəkdiyim
yarıqlarla günlərin hesabını tuturam; bir dənə səhv
addımla ciyərlərim su ilə dolar.
Bu yazının yavaş-yavaş vəsiyyətnaməyə bənzə-
diyini hiss etmək heç də xoş deyil. Əgər bununla
barışıramsa, onda gərək elə edəm ki, iddialarımı
15