Page 14 - "Morelin ixtirası"
P. 14
lfo Bio Kasares
gedə bilməz: gördüklərim canlı adamlardır, özü də
ən azı mənim qədər canlı.
Adamların əyinlərində bir neçə il öncənin dəbini
xatırladan geyimlər var. Bu əlamət, məncə, bir az
yüngüllükdən xəbər verir, hərçənd etiraf etməliyəm
ki, indi yaxın keçmişin sehrinə heyran olmaq bir növ
adətdir.
Ölümə məhkum olmağıma baxmayaraq, görəsən,
niyə hələ də onlara tamaşa edirəm?! Hamı təpənin
zəhərli ilanlarla dolu kövşənliklərində rəqs edir. Bu
adamlar özləri də mənim düşmənim olmalarından
bixəbərdirlər. Onlar “Valensiya”1 və “İkinəfərlik çay”2
mahnılarına qulaq asmağın xətrinə – son dərəcə
güclü fonoqraf, küləyin və dənizin səsinə güc gəlib
musiqini ətrafa yayırdı – mənə min bir əziyyət ba-
hasına başa gəlmiş və ölməmək üçün olduqca zə-
ruri olan hər şeyi əlimdən alır və məni ölümcül ba-
taqlıqlara tərəf sıxışdırırlar.
Onlara tamaşa eləmək, əslində təhlükəli oyundur;
istənilən təhsilli insanlar qrupu kimi, bunlar da, heç
şübhəsiz, barmaq izi deyilən anlayışdan xəbərdardırlar
və əgər məni görsələr, mütləq bir konsul tapılacaq,
o da bir-iki xırda sənədləşmə və prosedurdan sonra
məni həbsxanaya göndərəcək.
Deyəsən, şişirdirəm: bu mərdimazar qonaqları
bir az da heyranlıqla seyr edirəm, xeyli vaxtdır ki,
1Valensiya – İspan bəstəkarı və pianoçusu Xose Padilya tərəfindən “Pa-
sodoble” ispan rəqsinin ritmləri üzərində 1924-cü ildə bəstələnmiş
mahnı (tərc.)
2İkinəfərlik çay – musiqisi amerikalı Broadvay bəstəkarı Vinsent
Youmansa aid olan “No, No, Nanette” musiqili komediyasından mahnı
14