Page 13 - "Morelin ixtirası"
P. 13
Morelin ixtirası

tökülmüş, dəriləri çürümüş, hamısı ölmüşdü. Həmin
paroxodu top atəşinə tutub batırdılar.

Amma mənim həyatım o qədər dəhşətli idi ki,
yola düşmək qərarına gəldim... İtalyan tacir məni
fikrimdən daşındırmaq istəsə də, yekunda mənə
kömək etməsinə nail oldum.

Dünən axşam bu tənha adada yüzüncü gecəmi
keçirdim... Tikililərə baxa-baxa fikirləşirdim ki, o
qədər əziyyət çəkib bu iri daşları bura gətirməkdənsə,
kərpic hazırlamaq üçün bir soba düzəltmək daha
asan olardı. Gec yuxuya getdim, səhər tezdən isə
musiqi səsi və hay-küyə oyandım. Qaçaq həyatı yu-
xumu ərşə çəkib: əminəm ki, bura heç bir gəmi, heç
bir təyyarə, heç bir nəqliyyat vasitəsi gəlməyib.
Lakin bu ağır yay gecəsində birdən-birə, təpənin
kövşənlik yamacları sanki Los Teques1, yaxud Marien-
bada2 dincəlməyə gəlmiş insanlarla doldu.

***
Axmaz suyun dəniz suyu ilə qarışdığı bataqlıq-
lardan təpənin yüksək hissəsini, muzeydə gəzişən
adamları görə bilirəm. Adamların haradan meydana
çıxdıqlarını anlamadığıma görə, düşünə bilərdim ki,
bu, dünən gecəki bürkünün təsirindən beynimin
hələ də dumanlı olmasının nəticəsidir. Amma burada
nə qarabasmadan, nə də xəyal gücündən söhbət

1Los Teques – Venesuelanın Miranda ştatının paytaxt şəhəri (tərc.)
2Marienbad – Çexiyanın Karlovı Varı regionunda yerləşən Marianske-
Lazne şəhərinin almanca adı (tərc.)

13
   8   9   10   11   12   13   14   15   16   17   18