Page 11 - "Morelin ixtirası"
P. 11
ELİN İXTİRASI

Bu gün bu adada bir möcüzə baş verib:
yay, vaxtından qabaq gəlib. Çarpayımı
hovuzun kənarına qoyub gecəyə qədər suyun içində
qalmışam. Yatmaq mümkün deyildi. Bayırda iki-üç
dəqiqə qalmaq bəs edirdi ki, bədənimi dəhşətli
istidən qorumalı olan su, tərlə əvəzlənsin. Səhərə
yaxın bir fonoqrafın səsinə oyandım. Əşyalarımı
götürmək üçün muzeyə qayıda bilmədim. Dərə boyu
yarğanlarda gizlənə-gizlənə aradan çıxdım. Hazırda
isə cənubun alçaq ərazilərində göbəyimə qədər
yosunların və çirkli suyun içində ağcaqanadlarla sa-
vaşır və qaçışımı mənasız yerə tezləşdirdiyimi fikir-
ləşirəm. Bu adamların məni axtarmağa gəldiklərini
zənn etmirəm; yəqin, heç məni görməyiblər. Amma
taleyimlə barışıram: əlimdə heç nəsiz, adanın ən
seyrək, yaşamaq üçün ən yararsız yerində, dəniz
suyunun həftədə bir dəfə basdığı, bataqlıqların
içindəyəm.
Bu sətirləri xoşagəlməz bir möcüzə haqda iz bu-
raxmaq üçün yazıram. Əgər yaxın bir neçə gün
ərzində boğulub eləməsəm, ya da azadlığım uğrunda
mübarizədə ölməsəm, “Sağ qalanlar qarşısında
müdafiə nitqi” və “Maltyusa1 tərif”i yazmağa ümid

1Tomas Robert Maltyus (1766-1834) – ingilis iqtisadçısı, dünya əhalisi-

nin mövcud resurslara nisbətdə surətlə artmasından bəhs edən məşhur

“Əhali Prinsipi haqqında Esse” kitabının müəllifi (tərc.) 11
   6   7   8   9   10   11   12   13   14   15   16