Page 7 - "Morelin ixtirası"
P. 7
Morelin ixtirası

sübut eləmir ki, əgər yaşadığımız əsrin öncəkilərdən
bir üstünlüyü varsa, o da elə maraqlı intriqa yaratmaq
bacarığıdır. Stivenson, Qilbert Kit Çestertondan da
ehtiraslı, daha rəngarəng, daha parlaqdır və bəlkə
də, bizim dostluğumuza daha çox layiqdir, amma
onun yaratdığı süjetlər heç də uğurlu alınmır. De
Kinsey dəhşət dolu gecələrdə dərin labirintlər
yaratmış, lakin yaratdığı süjetlərdə tərifəgəlməz və
öz-özünü təkrar edən sonsuzluqlar duyğusunu
Kafkada olduğu kimi əks etdirə bilməmişdi. Orteqa
Qasset haqlı olaraq qeyd edirdi ki, Balzak “psixolo-
giyası” bizi məmnun etmir, lakin eyni cəhəti onun
öz süjetlərinə də aid etmək olar. Şekspir və Servantes
təzadlı bir ideyadan ilham alırdılar: bir qız öz gözəlliyini
gizlətmədən, özünü kişi kimi qələmə verə bilməyə
nail olur; belə bir süjet xətti bizə təsir etmir. Mən
müasirliyə münasibətdə kor-koranə qibtədən uzağam;
keçmişin indiki zamandan xeyli fərqli olduğu, yaxud
gələcəyin bugünümüzdən kəskin fərqlənəcəyi
xülyalarına da qapılmıram, lakin hesab edirəm ki,
heç bir ədəbi dövrdə “Vint burulması”1, “Məhkəmə”2,
“Yer üzündə səyyah”3 və Adolfo Bio Kasaresin Buenos-
Ayresdə yaratdığı bu əsərdə olduğu kimi parlaq
süjetlərə malik romanlar meydana gəlməmişdir.

1“The turn of the screw” – amerikalı yazıçı Henri Ceymsin 1898-ci ildə
işıq üzü görmüş romanı (tərc.)
2“Der Process” – Frans Kafkanın müəllifi olduğu roman (tərc.)
3“Le voyageur sur la terre” – amerikalı yazıçı Julien Grinin 1927-ci ildə
fransız dilində qələmə aldığı roman (tərc.)

7
   2   3   4   5   6   7   8   9   10   11   12