Page 5 - "Morelin ixtirası"
P. 5
PROLOQ
1882 -ci ildə Robert Luis Stivenson de-
mişdi ki, ingilis oxucuların macəra
süjetli əsərlərdən bir az zəhləsi gedir və onlar süjetsiz,
yaxud kiçik süjetli roman yazılmasını daha düzgün
hesab edirlər. Xose Orteqa-i-Qasset 1925-ci ildə çap
etdirdiyi “İncəsənətin insansızlaşdırılması” adlı kita-
bının 96-cı səhifəsində “günümüzdə ali dərrakəmizə
yol tapa biləcək macəra romanı yaratmaq çox çə-
tindir”, 97-ci səhifədə isə “bu, ümumiyyətlə, mümkün
deyil”, – deyə Robert Luis Stivensonun vurğuladığı
bu məqamı əsaslandırmağa çalışır. O, demək olar,
qalan bütün səhifələrdə də “psixoloji” romanın
lehinə çıxış edir və macəra janrından zövq almağın
mümkün olmadığını, ya da bu zövqün uşaqsayağı
olduğunu qeyd edir. Şübhəsiz ki, bu fikir 1882, 1925
və hətta 1940-cı ilə aid ortaq bir qənaətdir. Lakin
bəzi yazıçılar (onların arasında Adolfo Bio Kasaresin
adını məmnuniyyətlə çəkirəm) haqlı olaraq bu
yanaşma ilə razılaşmır. Səbəblərini qısaca izah
edəcəyəm.
Birincisi (bu mühakiməmin paradoksallığını vur-
ğulamaq, ya zəiflətmək istəmirəm), macəra romanının
janr olaraq ciddi struktura malik olmasıdır. Ənənəvi,
5