Page 12 - "Morelin ixtirası"
P. 12
lfo Bio Kasares
edirəm. Bu səhifələrdə meşələri və çölləri istismar
edənləri qınayacağam. Sübut edəcəyəm ki, polis
orqanlarının, sənədlərin, mətbuatın, simsiz rabitənin
və gömrük sisteminin təkmilləşdirilməsi, ədalətin
istənilən səhvini düzəldilməsi mümkün olmayan
vəziyyətə gətirir və bu dünya, axtarışda olanlar üçün
cəhənnəmə çevrilir. Dünənə qədər ağlıma gəlməyən
bu yeganə səhifədən savayı, hələ ki, heç nə yaza
bilməmişəm. Bu kimsəsiz adada gör bir nə qədər iş
var! Meşənin sərtliyi necə də dözülməzdir! Səma
bir quşun uça biləcəyindən nə qədər də böyükdür!
Buraya gəlmək fikrini Kəlküttədə xalça satan bir
italyan beynimə saldı. O, mənə dedi (öz dilində):
– Axtarışda olan bir adam üçün, yəni sizin üçün
dünyada cəmi bircə yer var, amma orada yaşamaq
olmaz. Ora, bir adadır. Ağdərililər təxminən 1924-
cü ildə o adada bir muzey, bir kilsə, bir də üzgüçülük
hovuzu tikirdilər; inşaat qurtardıqdan sonra da eləcə
qoyub gediblər. Sözünü kəsib buraya gəlmək üçün
kömək istəyəcəkdim ki, tacir sözünə davam elədi –
Nə çinli piratlar, nə də Rokfeller İnstitutunun ağ
rəngli gəmiləri adaya yaxınlaşır. Ora, zahiri əlamətləri
tez nəzərə çarpan, daha sonra daxili orqanlara nüfuz
edən, sirri hələ də açılmamış bir xəstəliyin məkanıdır;
adamın əvvəlcə dırnaqları, saçı tökülür, sonra dərisi
və gözlərinin buynuz qişası çürüyür, on-on beş
gündən sonra da adam ölür. Yapon kreyseri Namura,
adanın sahilinə lövbər atmış bir paroxodun
sərnişinlərini tapanda onların saçları, dırnaqları
12