Page 16 - "Morelin ixtirası"
P. 16
lfo Bio Kasares

yoxlamaq mümkün olsun; belə ki, qoy söylədiklərimin
həqiqət olduğundan nə vaxtsa şübhə edəcək istənilən
adam bilsin ki, məni haqsız olaraq məhkum ediblər.
Bu yazını Leonardonun “Ostinato rigore”1 devizi al-
tında davam etdirəcək və buna əməl etməyə çalışa-
cağam.

***
Səhv etmirəmsə, bu adanın adı “Villinqs”dir və
Las Ellice2 arxipelaqına aiddir. Bunu xalça taciri Dal-
masio Ombrellieridən (İderabad küçəsi 21, Ramkriş-
napur qəsəbəsi, Kəlküttə) dəqiqləşdirə bilərsiniz.
Fars xalçalarına bürünüb gizləndiyim bir neçə gün
ərzində bu italyan məni yedizdirdi, sonra da bir gə-
minin anbarında gizlətdi. Bu gündəlikdə adını çək-
məklə onu ələ vermir və ona qarşı əsla nankorluq
etmirəm... Sağ qalanlar qarşısında müdafiə xarakterli
çıxışım heç kəsdə yeri qoymayacaq: istər gerçək
həyatda, istərsə də insanların yaddaşında – yəqin
ki, cənnət də elə oradadır – Ombrellieri haqsız yerə
məhkum olunan yaxınına mərhəmət etmiş birisi
kimi qalacaq və xatirəsi sona qədər iltifatla anılacaqdır.
Rabulda gəmidən endim. Tacirin vizit kartı ilə
Siciliyanın ən tanınmış şirkətlərindən birinin nüma-

1“Ostinato rigore” – İtaliya intibahının görkəmli nümayəndəsi Leonardo
da Vinçi tərəfindən özünün əmək fəaliyyətinə və intizamına münasibətdə
istifadə edilmiş deviz, latıncadan tərcümədə “sarsılmaz ciddilik, qətiyyət”
mənasını verir (tərc.).
2 Las Ellice – Sakit okeanda xırda adalar qrupu, 1892-1978-ci illərdə
Böyük Britaniya müstəmləkəsi olmuşdur, hazırda Tuvalu adını daşıyan
müstəqil dövlətdir. Əhalisi 12 min nəfər olub, dünyada dördüncü ən
kiçik ölkədir (tərc.).

16
   11   12   13   14   15   16   17   18   19   20   21