Page 18 - "Morelin ixtirası"
P. 18
lfo Bio Kasares

***
Adanın otla örtülü dərə yataqlarından ibarət
yüksək tərəfində (qərb tərəfdəki dərə yataqlarında
qayalar da var) muzey, kiçik kilsə və hovuz yerləşir.
Hər üç tikili müasir, düzbucaqlı və bəzəksiz olub,
cilalanmamış daşdan hörülmüşdür. Əksər yerdə
olduğu kimi, burada da daşlar tikililərin üslubuna
yaraşmır və uğursuz bir təqlidi xatırladır.
Kilsə uzunsov, yastı (bu, onu daha uzun göstərir)
bir sandığa bənzəyir. Üzgüçülük hovuzu pis tikilməyib,
amma kənarları torpaq səviyyəsində olduğuna görə
istər-istəməz içinə ilan, qurbağa və müxtəlif su
böcəkləri doluşur. Muzey isə üçmərtəbəli, dam ör-
tüyü görünməyən, girişdə iri və arxa tərəfdə kiçik
bir dəhlizi olan, silindrşəkilli qülləyə malik böyük bir
binadır.
Mən gələndə muzey açıq idi və dərhal oraya
yerləşdim. Muzey deyirəm, ona görə ki, italyan tacir
də belə deyirdi. Niyə, görəsən? Kim bilir, özü buranı
görmüşdümü? Bura, əslində əlli nəfərlik gözəl bir
mehmanxana, yaxud sanatoriya da ola bilərdi.
Muzeydə sonsuz sayda kitablarla dolu tamam-
lanmamış kitabxanalar olan vestibül var: amma
burada yalnız roman, şeir və pyes kitablarıdır,
bircəciyini çıxmaq şərtiylə – Belidor, “Travaux – Le
Moulin Perse”1, Paris, 1737-ci il. Kitab yaşıl rəngli
mərmər konsolun üstündə idi, hazırda isə əynimdəki

1“Travaux – Le Moulin Perse” – XVIII əsr fransız mühəndisi Bernard For-
est de Belidorun müəllifi olduğu “İşlər – Fars dəyirmanı” kitabı (tərc.)

18
   13   14   15   16   17   18   19   20   21   22   23