Page 22 - "Morelin ixtirası"
P. 22
lfo Bio Kasares
bildim. İçəridən mavi rəngli aydınlıq göründü. Dayan-
madan əlləşdim və elə həmin axşam içəriyə girə
bildim. Keçirdiyim ən birinci hiss nə yemək-içmək
tapmadığıma görə məyusluq, nə də orada su nasosu
və elektrik generatoru tapdığıma görə fərəhlənmək
oldu; içərini görən kimi ilk olaraq, dərin və xoş bir
heyranlıq hiss etdim: divarlar, tavan, döşəmə səma
rəngli farforla işlənmişdi, hətta hündürdə yerləşmiş
və ağac budaqları arasında gizlənmiş balaca
pəncərəsindən savayı, gün işığı düşməyən bu otağın
havasından belə, şəlalələrin köpüyündə gördüyümüz
həmin o səmavi duruluq yağırdı.
Mühərriklərdən başım çıxmasa da, onları tez
işə sala bildim. Yağış suyum qurtaranda nasosu qo-
şuram. Həm bunları tez öyrəndiyimə, həm də bu
avadanlıqların iş mexanizminin sadəliyinə və yaxşı
vəziyyətdə olduqlarına bir az təəccübləndim. Etiraf
etməliyəm ki, nə isə xarab olsa, təmir eləmək üçün
əlimdən heç nə gələn deyil. Texnika işində o qədər
qabiliyyətsizəm ki, bu günə qədər nə bu otaqdakı
yaşıl mühərriklərin, nə də cənub tərəflərdə yerləşən
və dəmir boru ilə zirzəmiyə birləşdirilmiş pərli
silindrin nə işə yaradığını öyrənə bilmişəm. Silindr
sahildən bu qədər uzaqda olmasaydı, dalğalara görə
nəzərdə tutulduğunu ehtimal edə bilərdim; məsələn,
tutaq ki, generatorun akkumulyatorlarını doldurmaq
üçün istifadə olunduğunu təxmin edə bilərdim. Bu
səriştəsizliyimə görə olduqca qənaətcil davranıram;
ciddi zərurət olmadan mühərrikləri işə salmıram.
22