Page 25 - "Morelin ixtirası"
P. 25
Morelin ixtirası
əlaqəsi varmı? Bu turistləri vaxtilə muzeyi, kilsəni,
hovuzu tikmiş adamlar hesab etmək olarmı? Nə isə
heç inanmağım gəlmir ki, bu adamlardan hansısa
biri nə vaxtsa “İki nəfərlik çay”, ya da “Valensiya”
mahnısını dinləməyi yarımçıq qoyub və başdan-
ayağa əks-səda ilə dolu olan, lakin bombardmandan
qorunmağa yaxşı yarayan bu evin planını cızıb.
***
Qayalıqlarda başına rəngli yaylıq örtmüş, əlləri
bir dizinin üstündə olan bir qadın hər axşam oturub
günəşin batmağına tamaşa edir; dərisini, yəqin ki,
dünyaya gəlməzdən öncə günəş qızılı rəngə boyayıb;
gözləri, saçları, qaməti ən zövqsüz rəsmlərdəki qaraçı,
ya da ispan qızlarını xatırladır.
Mən vaxtlı-vaxtında gündəliyin səhifələrini artırır,
amma kölgəmin bu dünyada yaşamış olduğu illərə
haqq qazandıracaq yazıları (“Sağ qalanlar qarşısında
müdafiə” və “Maltyusa tərif”) arxa plana keçirirəm.
Buna baxmayaraq, yazdıqlarım bir xəbərdarlıq rolunu
oynayacaq. Gəldiyim qənaətlərin zəifliyinə baxma-
yaraq, bu sətirlərdən heç biri dəyişməyəcəkdir.
Hazırda mənə məlum olan əsas məqama özümü
uyğunlaşdırmalıyam: təhlükəsizliyimin xətrinə başqa
birisinin köməyindən birdəfəlik imtina etməliyəm.
***
Heç nə ummuram. Heç nədən də qorxmuram.
Bunu anladıqdan sonra bir az sakitləşmişəm.
25