Page 30 - "Morelin ixtirası"
P. 30
lfo Bio Kasares

yağsa da, çox güclü olur və qasırğa ilə müşayiət
edilir). Özümə daldalanacaq axtarmalı oldum.

Yağış, külək və yolumu kəsən budaqlarla vuruşa-
vuruşa sürüşkən yoxuşla birtəhər təpəyə dırmandım.
Düşündüm ki, kilsədə gizlənə bilərəm (ora adanın
ən kimsəsiz yeridir).

Keşişlərin səhər yeməklərini yemələri və paltar-
larını dəyişmələri üçün ayrılmış otağa (bu kilsədə
heç vaxt keşiş görməmişdim) daxil olmuşdum ki,
qəfildən qabağımda iki nəfər adam peyda oldu və
mənə elə gəldi ki, bunlar heç yerdən gəlmədilər, elə
birdən-birə heç nədən meydana çıxdılar... Dərhal
çaşqın və qərarsız halda mehrabın altında, rəngli
ipək pərdələrin arasında gizləndim. Hələ də təəc-
cüblənirəm, necə oldu ki, məni görmədilər.

Bir müddət çömbəlmiş və narahat vəziyyətdə,
əsas mehrabın altındakı pərdələrin arasından gizlicə
boylanıb, qasırğanın gurultusuna qarışmış səslərə
qulaq verdim. Yerdə təpəciklər şəklində qarışqa
yuvaları, cığır boyu hərəkət edən iri və solğun rəngli
qarışqalar və yerindən oynamış döşəmə plitələrini
görürdüm... Divar və tavandan damcıların düşməsinə,
novçalardakı suyun şırıltısına, yaxınlıqdakı cığıra dö-
şəyən yağışa, göyün gurultusuna, fırtınanın, ağacların,
dənizin, yerə basırılmış tirlərin qarışıq səs-küyünə
qulaq verir və növbəti gözlənilməzliyin qarşısını al-
maq üçün gizləndiyim yerə tərəf yaxınlaşa biləcək
adamın addımlarını, ya da səsini ayırd etməyə çalı-
şırdım.

30
   25   26   27   28   29   30   31   32   33   34   35