Page 27 - "Morelin ixtirası"
P. 27
Morelin ixtirası

da bərk yapışmağa sövq edən məhdudiyyət və
qadağalar qoyarlar.

Hazırda isə başdan-ayağa çirkab içində, saç-
saqqalım uzanmış, özüm də bir az qocalmış halda,
gözəlliyi şübhə doğurmayan bu qadının şəfqətli
yaxınlığına ümid bəsləyirəm. İnanıram ki, əsas
çətinliyim olan ilkin təəssüratı öz xeyrimə dəyişmək
məsələsini qısa zamanda həll edərəm. Zahiri
görünüşün aldadıcı olduğunu sübut etməliyəm.

***
On beş gün ərzində üç böyük daşqın oldu. Dünən
bəxtim gətirdi ki, boğulub ölmədim. Az qala su məni
yaxalayacaqdı. Ağacın gövdəsinə cızdığım işarələrə
inanıb qabarmanı bu gün üçün hesablamışdım.
Səhər yuxuda olsaydım, indi artıq ölmüşdüm. Çox
keçmədi ki, su həftədə bir dəfə olduğu kimi, aramsız
yüksəlməyə başladı. Necə çaşıb qalmışdımsa, indi
heç bilmirəm bu gözlənilməz hadisələrin səbəbini
nədə axtarım: hesablamalarımdakı qüsurlardamı,
yoxsa böyük qabarmaların dövriliyinin müvəqqəti
dəyişməsindəmi? Əgər qabarmalar öz cədvəlini
dəyişibsə, onda bu alçaq ərazidə yaşamaq daha da
təhlükəli olacaq. Amma mən buna da öyrəşəcəyəm.
O qədər məhrumiyyətlərə qalib gəlmişəm ki!
Uzun müddət qızdırma və ağrılar içində, acından
ölməmək üçün mübarizə apararaq və yazmağa taqəti
olmadan yaşadım (üzümdə də insanlara qarşı daim
hiddətli ifadə sezilirdi).

27
   22   23   24   25   26   27   28   29   30   31   32