Page 28 - "Morelin ixtirası"
P. 28
lfo Bio Kasares
Mən təzə gələndə muzeyin anbarında xırda-
para bir-iki şey var idi. Sobada un, duz və suyu
qarışdırıb çörək bişirdim, amma yeməyə yaramadı.
Məcbur qalıb arada sudan qurtumlaya-qurtumlaya
torbadakı unu çiy-çiy yedim. Yekunda hər şey qurtardı:
pis vəziyyətdə olan qoyun dilləri belə, hətta kibritlər
də (gündə cəmi üç dənəsini istifadə edirdim). Odu
kəşf edənlər bizdən xeyli mütərəqqi adamlar imiş.
Bir neçə gün, əl-ayağımı zədələyə-zədələyə ov üçün
tələ düzəltməyə çalışdım. Tələ işlək vəziyyətə
gələndən sonra artıq qanlı və şirin quş əti yeyirdim.
Yalnız yaşayanların adətlərinə əməl eləyib bitki
kökləri də yeməyə başladım. Ağrılar, şiddətli halsızlıq
və tərləmə, yaddaşımı zədələmiş iflic və ürəkgetmələr,
qorxunc qarabasmalar sayəsində ən zəhərli bitkiləri
məcburən tanımağa başladım.
Dilxoram: alətlərim yoxdur, ərazi də əlverişsiz
və zərərlidir. Hərçənd bir neçə ay öncə hazırkı həya-
tım mənə əlçatmaz bir cənnət kimi görünərdi.
Gündəlik qabarmalar hər dəfə eyni vaxtda gəlmir,
nə də ki, təhlükəli deyil. Bəzən dalğa, üstünə uzan-
dığım, yarpaqlarla örtülü budaqları yuxarı qaldırır
və mən bataqlıqların çirkabına qarışmış dəniz suyunun
içində yuxudan oyanıram.
Axşam vaxtını ov üçün ayırıram; səhərlər belimə
qədər suyun içində oluram; adama elə gəlir, bədənin
suya batmış hissəsi sanki daha böyükdür və hərəkət
eləmək ağırlaşıb. Suyun içində kərtənkələ və ilanlar
az olur; ağcaqanadlar isə il boyu bütün günü əl çəkmir.
28