Page 23 - "Morelin ixtirası"
P. 23
Morelin ixtirası

Buna baxmayaraq, bir dəfə muzeydə işıqların hamısı
bütün gecə yanılı qaldı. Həmin gecə zirzəmidə ikinci
dəfə tapıntı elədim.

Xəstələnmişdim. Ümid edirdim ki, muzeyin han-
sısa bir yerində dərman dolabı olar; yuxarıda heç
nə yox idi; zirzəmiyə düşdüm və... həmin gecə xəs-
təliyimi bir kənara qoydum, bu vahiməli hadisələrin
də ancaq yuxuda baş verdiyini unutdum. Gizli bir
qapı və bir nərdivan tapdım. Bu, ikinci zirzəmi idi.
Sanki kinolarda gördüyüm, bombardmandan gizlən-
mək üçün inşa edilən, sığınacaqlara bənzəyən çoxüzlü
bir kameraya girdim. Kameranın divarları simmetrik
yerləşdirilmiş iki növ – bəziləri mantara bənzəyən,
digərləri mərmər plitələrlə örtülmüşdü. İrəliyə doğru
addım atdım: daş arkadaların altından baxanda
səkkiz istiqamətdə, güzgüdə görürmüş kimi, eyni
kameradan daha səkkiz dənə gördüm. Sonra
ətrafımda, aşağıda, yuxarıda, muzey boyunca son
dərəcədə aydın gələn ayaq səsləri eşitdim. Bir az da
qabağa getdim, ayaq səsləri qar tutmuş torpaqda,
Venesuelanın yüksək təpələrində olduğu kimi yavaş-
yavaş itib getdi.

Nərdivanla yuxarı qalxdım. Sakitlik hökm sürürdü.
Uzaqdan kimsəsiz dənizin səsi eşidilirdi. Ətrafda
ora-bura qaçışan qırxayaqlardan savayı, hər şey
hərəkətsiz idi. Xəyalətlərin basqın etmiş ola biləcə-
yindən qorxurdum; polis basqını daha az ağlabatan
idi. Bir neçə saat, gizlənmək üçün seçdiyim yerin
yanlış olduğunu düşünərək, təşviş içində pərdələrin

23
   18   19   20   21   22   23   24   25   26   27   28