Page 20 - "Morelin ixtirası"
P. 20
lfo Bio Kasares

lojayabənzər lövhələr var ki, onların da hər birinin
üstünə yarıhind, yarımisir görkəmli, gildən hazırlanmış
oxra rəngli tanrı heykəlləri qoyulub. Hərəsi adamdan
üç dəfə böyükdür. Onları gipsdən hazırlanmış süni
bitkilərin iri tünd yarpaqları əhatə edir. Lövhələrin
aşağısında Fujitanın1 çox sadə olduqları üçün otağın
ümumi ahənginə uyğun gəlməyən rəsmləri olan iri
haşiyələr qoyulub.

Dairəvi salonun döşəməsi akvariumdur. Suyun
içində görünməyən şüşə qutularda elektrik lampaları
yerləşdirilib (lampalar pəncərəsi olmayan otağın
yeganə işıq mənbəyidir). Bu otaq yadıma düşəndə
mədəm bulanır. Mən gələndə burada yüzlərlə ölü
balıq var idi. Onları çıxarıb atmaq iyrənc bir iş idi.
Neçə gün dalbadal akvariumu su ilə təmizlədim,
amma hələ də bura gələndə, burnuma ölü balıq qo-
xusu gəlir (qoxu mənə doğma vətənimin çimərlik-
lərini xatırladır – dalğa saysız miqdarda ölü və diri
balıqları qumun üzərinə tullayır, nəticədə kəskin
qoxu geniş bir ərazini başına alır, sakinlərsə bu ba-
lıqları torpağa basdırmaqdan bezirdilər). Döşəməsi
işıqlandırılmış və qara laklı sütunlarla əhatələnmiş
bu otaqda adam özünü meşənin ortasında bir gölün
üzərində, ecazkar bir şəkildə gəzirmiş kimi hiss edir.
Otağın bir qapısı vestibülə, digəri isə içində piano,
fonoqraf və ən azı iyirmi laylı bükülən güzgü olan
balaca yaşıl zala açılır.

1Tsuguharu Fujita (1886-1968) – yapon rəssamı (tərc.)

20
   15   16   17   18   19   20   21   22   23   24   25