Page 17 - "Morelin ixtirası"
P. 17
Morelin ixtirası
yəndəsinin yanına getdim; ayın metal rəngli parlaq
işığında, dəniz məhsulları konserv zavodlarının tüs-
tüsündə mənə son təlimatlar və bir də, oğurlanmış
qayıq verdilər; var gücümlə avar çəkdim və adaya
çatdım (əlimdə başım çıxmayan bir kompas, səmti
itirmiş halda, şlyapasız, özüm də xəstə və qarabas-
maların içində). Qayıq şərq tərəfdə quma oturdu
(adanı əhatə edən mərcan qayalıqları güman ki,
suyun altında qalmışdı). Bütün bu dəhşətli səhnələrin
arasında itib-batmış halda, adaya çatdığımı belə
unudaraq bir gündən çox qayıqda qaldım.
***
Adanın florası olduqca zəngindir. Bitkilər, otlar,
yaz, yay, payız və qış gülləri – hamısı sürətlə artır,
biri çürüməmiş digəri bitir, biri o birisini əvəzləyir
və qarşısıalınmaz şəkildə üst-üstə qalaqlanır. Ağaclar
isə, əksinə, xəstədir, çətirləri quruyub, gövdələri də
həddən artıq qalındır. Məncə, bunun iki izahı var:
ya otlar torpağın bütün gücünü əlindən alır, ya da
ağacların kökü daşa gedib çatır. Təzə bitən ağacların
sağlam olması, deyəsən, ikinci ehtimalın doğruluğuna
dəlalət edir. Təpədəki ağaclar o qədər sərtləşib ki,
onları emal edib işləmək mümkün deyil; elə aşağı
tərəfdəkilərdən də nə isə əldə etmək müşkül
məsələdir – barmaqla sıxanda ağac ovulur, adamın
əlində yapışqan kəpək və yonqar qalır.
17