Page 91 - "Morelin ixtirası"
P. 91
Morelin ixtirası

özlüyündə bir əşya olub, başqa bir əşyanı, yəni evi
təmsil edir), heyvanların və bitkilərin surətləri heyvan
və bitkidən ibarət olmayacaq. Mən əmin idim ki,
insanların mənim tərəfimdən yaradılmış obrazları
öz varlıqlarını dərk etməyəcək.

Lakin gözlənilməz bir halla rastlaşdım: bütün
məlumatları sistemli şəklə salmaq üçün xeyli
çalışdıqdan sonra, qarşıma proyektoru söndürəndə
yox olan insan surətləri çıxdı; bu insan surətləri
yalnız səhnələrin çəkildiyi keçmiş anları yaşayırdılar
və bu anlar başa çatdıqdan sonra eyni şeyləri yenidən
yaşayırdılar; sanki bir videolent, yaxud film başa
çatır və yenidən başlayır; heç kəs bu insan surətlərini
əsl canlı insanlardan fərqləndirə bilməzdi (onlar
sanki başqa bir dünyada yaşayırlar və bizim dünya-
mızdan onlara tamaşa etmək olur). Əgər ətrafımızdakı
insanların əşyalardan şüur və digər xüsusiyyətlərinə
görə fərqləndiyini qəbul ediriksə, onda heç bir əsasla
mənim cihazım tərəfindən yaradılmış insanlarda bu
xüsusiyyətlərin olmadığını deyə bilmərik.

Bütün hissiyyatlar bir yerə toplananda ruh əmələ
gəlir. Sadəcə bir az gözləmək lazımdır. Madleni görə
bilirik, eşidə bilirik, ona toxuna bilirik, qoxusunu və
dərisinin dadını duya bilirik: qarşımızda Madlenin
özü dayanıb.

(Mən artıq demişdim ki, Morelin danışıq tərzi
çox xoşagəlməzdir; nitqi texniki sözlərlə doludur və
o, mənasız yerə natiqlik fəndlərinə əl atır. Danışığındakı
vulqarlıq da göz qabağındadır).

91
   86   87   88   89   90   91   92   93   94   95   96