Page 96 - "Morelin ixtirası"
P. 96
lfo Bio Kasares

Morelin izahatından sonra mənə elə gəldi ki,
bütün baş verənlər polisin işidir; bunu gec başa
düşdüyümü özümə bağışlaya bilmirdim. Bu nə qədər
bayağı səslənsə də, məncə, əsassız da deyil. “Mənim
yoldaşlarım və mən xəyalətik, yeni növ foto-şəkillərik”
deyən bir adama kim inanar ki? Mənim durumumda
isə inanmamaq daha çox yerinə düşər: mən cinayətdə
təqsirli bilinirəm, ömürlük həbs cəzasına məhkum
edilmişəm və ola bilər ki, öz vəzifəsini qaldırmaq
arzusunda olan hər kimsə hələ də mənim axtarışımla
məşğuldur.

Çox yorğun olduğuma görə beynimdə dumanlı
qaçış planları qura-qura tez yuxuya getdim. Çox
gərgin bir gün olmuşdu.

Yuxuda Faustineni gördüm. Çox qəmli və təsirli
bir yuxu idi. Biz vidalaşırdıq: onu aparmağa gəlmişdilər
və gəmi yola düşürdü. Sonra yenə ikilikdə qalır və
sevgililər kimi sağollaşırdıq. Yuxuda ağladım və oya-
nanda Faustineni yanımda görməyib dərin bir
ümidsizliyə qərq oldum. Eyni anda özümdə qəmli bir
təsəlli də hiss etdim, çünki gizlənmədən bir-birimizi
sevmişdik. Mən yatılı olanda Faustinenin getmiş olma
ehtimalını fikirləşib dik atıldım. Gəmi getmişdi. Qəhər
məni boğurdu, az qala özümü öldürmək istəyirdim;
amma başımı qaldıranda təpənin kənarında Stoeveri,
Doranı, sonra da digərlərini gördüm.

Faustineni görmək ehtiyacı hiss eləmədim. Artıq
özümdən əmin idim: onun burada olub-olmamasının
mənim üçün fərqi yox idi.

96
   91   92   93   94   95   96   97   98   99   100   101