Page 93 - "Morelin ixtirası"
P. 93
Morelin ixtirası

də xətalar var idi; məlumatları ahəngli şəkildə
uyğunlaşdıra bilmirdi: məsələn, bəzi hallarda yaranan
obraza toxunduqda müqavimət hiss edilmirdi; bəzən
qüsurlar qeyri-peşəkar şahidlər tərəfindən hiss
edilmədiyi halda, bəzən, əksinə, çox aşkar gözə
çarpırdı”.

***
Stoever soruşdu:
– Həmin o ilk çəkdiyin şəkillərdən bizə göstərə
bilərsən?
– Əgər siz bunu istəsəniz, əlbəttə ki, göstərə
bilərəm; amma xəbəriniz olsun ki, aralarında bir az
təhrif olunmuş xəyalətlər var.
– Əla! – Dora dilləndi. – Qoy göstərsin. Azacıq
əylənmək heç vaxt pis deyil.
– Mən onları görmək istəyirəm. – Stoever sözünə
davam elədi, – xatırlayıram ki, Şvaxter firmasında
bir neçə müəmmalı ölüm hadisəsi olmuşdu.
– Səni təbrik edirəm, bir nəfər inanan var artıq,
– Alek Morelə əlini yelləyərək dedi.
Stoever sərt cavab verdi:
– Axmaq, eşitmədin sən? O, Çarlini də çəkmişdi.
Morel Sankt Qallendə olanda Şvaxter firmasının
işçiləri arasında ölüm halları başladı. Mən onların
şəklini jurnallarda görmüşdüm. Onları görən kimi
tanıyaram.
Morel əsəbi vəziyyətdə, titrəyə-titrəyə otaqdan
çıxdı. İçəridə səs-küy başladı.

93
   88   89   90   91   92   93   94   95   96   97   98