Page 92 - "Morelin ixtirası"
P. 92
lfo Bio Kasares

– Bu cür süni və mexaniki yolla həyatın canlı su-
rətinin yaradılmasına inanmaq sizlərə çətin gəlir,
eləmi? Yadınıza salın ki, görmə qabiliyyətimizin qeyri-
mükəmməliyi səbəbindən illüzionistin elədikləri də
bizə möcüzə kimi gəlir.

Canlı surətlər yaratmaq üçün mənə sadəcə canlı
ötürücülər lazımdır. Mən həyat yaratmıram.

Bəyəm bir videolentdə mövcud olan, ya fonoq-
rafın işə düşməsi ilə, yaxud mənim bir açarı burma-
ğımla meydana gələn şeylərə həyat demək olmazmı?
Demək olarmı ki, hər kəsin həyatı çin marionetlə-
rindən fərqli olmadan, görünməyən varlıqlar tərə-
findən basılan düymələrdən asılıdır? Siz özünüz kim
bilir, neçə dəfələrlə insan taleyinin keçmişini və
gələcəyini sorğu etmisiniz! Biz hara gedirik? Səslən-
dirilməmiş musiqilərin valda gözləməsi kimi, Tanrının
istəyi ilə doğulana qədər biz harada mövcud oluruq?
Əlbət ki, bu qəbildən olan əzəli suallara çox qayıt-
mısınız. Məgər insanların taleyi ilə obrazların taleyi
arasında paralellik görmürsünüzmü?

Obrazların da ruhunun olması fərziyyəsi mənim
cihazımın, ötürücü rolunu oynayan insanlar, heyvanlar
və bitkilər üzərindəki təsirləri sayəsində öz təsdiqini
tapmış olur.

Əlbəttə ki, mən bu nəticələri çoxsaylı uğursuz
təcrübələrdən sonra əldə etmişəm. Yadımdadır ki,
ilk sınaqları Şvaxter şirkətinin işçiləri üzərində
etmişdim. Özlərini xəbərdar etmədən cihazları qoşur
və onları işləyən yerdə çəkirdim. Qəbuledicidə hələ

92
   87   88   89   90   91   92   93   94   95   96   97