Page 95 - "Morelin ixtirası"
P. 95
Morelin ixtirası
– Qayıtmaq istəmir. Xahiş elədi ki, onu üzrlü
sayaq. Gətirə bilmədim.
Faustine, Dora və yaşlı qadın otaqdan çıxdılar.
Otaqda Alek, yekədiş, Stoever və İrene qaldı.
Sakit, ciddi, razılaşmış kimi görünürdülər. Sonra
onlar da getdilər.
Vestibüldən və pilləkəndən danışıq səsləri eşitdim.
İşıqlar söndü və ev sübh çağının tutqun işığına bü-
ründü. Qulaqlarımı şəkləyib gözləyirdim. Hər yan
sakit və qaranlıq idi. Görəsən, bunlar yatmağa getdi,
ya məni tutmaq üçün gizləniblər? Gizləndiyim yerdə
əsə-əsə nə qədər qaldığımı xatırlamıram, sonra
oradan çıxıb gəzişməyə başladım (məncə, öz ayaq
səslərimi eşitmək və ətrafda canlı adam olduğundan
əmin olmaq istəyirdim). Nə etdiyimi bilmirdim və
yəqin ki, məni axtardıqlarını güman etdiyim insanlar
da bunu istəyirdi.
Stola yaxınlaşdım və kağızları cibimə yığdım.
Qorxa-qorxa fikirləşdim ki, otağın pəncərəsi yoxdur
və vestibüldən keçib getməliyəm. Olduqca yavaş
yeriyirdim; ev mənə ucsuz-bucaqsız bir yer kimi
gəlirdi. Vestibülün qapısına çatıb dayandım. Nəhayət,
sakitcə, ehtiyatla açıq bir pəncərəyə yaxınlaşdım;
aşağı tullandım və qaça-qaça oradan uzaqlaşdım.
***
Adanın alçaq hissəsinə gəlib çıxandan sonra
özümə qarşı bir qınaq hissi keçirdim ki, gərək elə
birinci gün aradan çıxaydım və bu adamların sirlərini
öyrənməyə çalışmayaydım.
95