Page 98 - "Morelin ixtirası"
P. 98
lfo Bio Kasares

görmüşəm. Parlaq, lakin göz çıxarmayan işıq, çəkilişin
olduqca dəqiq alınmasına və sapmaların çox cüzi
olmasına imkan yaradır.

Etiraf edim ki, bu gözəl üstünlüklərin hamısını
biləndən sonra, tərəddüd etmədən bütün var-
dövlətimi bu adanı almağa, burada muzey, kilsə və
hovuz tikməyə sərf elədim. Səyahətimiz daha xoş
keçsin deyə sizin “yaxta” dediyiniz bu yük gəmisini
icarəyə götürdüm.

Evə münasibətdə işlətdiyim “muzey” sözü ixti-
ramın layihəsi üzərində nəticələrini təxmin belə
etmədən işlədiyim dövrdən qalıb. Həmin vaxt
şəkillərdən ibarət böyük albomlar, yaxud muzeylər
yaratmağı fikirləşirdim.

Sizə elan etməyimin vaxtı yetişib – bu ada, bütün
tikililəri ilə bərabər bizim ortaq cənnətimizdir. Buranın
müdafiəsi üçün bəzi fiziki və mənəvi tədbirlər
görmüşəm; inanıram ki, işə yarayacaq. Sabah adanı
tərk etsək də, əslində burada əbədi olaraq qalacağıq
və bu həftə ərzində keçirdiyimiz anları təkrar-təkrar
yaşayacağıq; daim həmin anlarda olduğumuz əhvali-
ruhiyyədə qalacağıq, çünki aparatlar bizi elə çəkib;
beləcə hər zaman özümüzü yeni həyatda hiss edəcəyik
və dəfələrlə geridə qoyduğumuz gələcək əbədi
olaraq (bu əbədiyyəti təmin edəcək cihazlar xüsusi
seçilmiş materiallardan hazırlanıb və Paris metro-
sundan da uzunömürlüdür) öz bilinməzliyini qoruya-
caq”.

98
   93   94   95   96   97   98   99   100   101   102   103