Page 101 - "Morelin ixtirası"
P. 101
Morelin ixtirası

ki, onun köməyi ilə ölüləri bu dünyaya qaytarmaq
olar. Elə Morelin aparatından da istifadə etmək
olardı; bu aparata bir mexanizm əlavə etmək olardı
ki, ona hazırda yaşayan varlıqların dalğalarını tutmağa
mane olsun.

Bəlkə də, ölümsüzlük rüşeymi bütün ruhlarda,
istər bədəndən ayrılmış, istərsə də hələ yaşayan
ruhlarda mövcuddur. Hərçənd təzə ölən adamları
geri qaytarmaq elə köhnə ölüləri diriltmək qədər
vaxt alar. Mövcud olmayan bir adamı bütün
elementləri ilə bərabər yenidən yarada bilmək üçün
İsisin, Osirisi bərpa edəndə sahib olduğu səbrə sahib
olmaq lazımdır.

Hazırda yaşayan ruhların əbədi saxlanılması
təmin edilmişdir, daha doğrusu, insanlar bu dünyada
yerlərini qoruya bilmək üçün “Maltyus nəzəriyyəsi”nə
inanmaq və əməl etmək lazım olduğunu anladıqları
vaxt tam təmin ediləcəkdir.

Morelin öz ixtirasını bu adada gizlətməsi çox
təəssüf doğurur. Bəlkə də, yanılıram; bəlkə də, Morel
artıq məşhur bir şəxsiyyətdir. Əgər elə deyilsə, bu
ixtira barədə məlumat verməklə, öz əfvimə nail ola
bilərdim. Lakin Morel kəşfini ictimaiyyətə açmayıbsa,
yəqin ki, bunu yoldaşlarından hansısa biri edib. Hər
bir halda, qəribədir ki, mən Karakasdan çıxanda heç
kəs bu barədə danışmırdı.

***
Xəyalətlərə qarşı keçirdiyim əsəbi ikrah hissinin
öhdəsindən gəldim. Onların varlığı daha məni narahat

101
   96   97   98   99   100   101   102   103   104   105   106