Page 103 - "Morelin ixtirası"
P. 103
Morelin ixtirası

zədələdim. Bu dəfə də pərdələr içərini görməyimə
mane oldu.

Gələn dəfə qorxuma güc gəlib otağa Faustine,
Dora və Alek ilə bir yerdə girəcəyəm.

Qalan gecələri Faustinenin çarpayısının yanında,
döşəmədə, həsirin üstündə onun sakitcə dincəlməyinə
tamaşa edərək keçirdirəm. Bir yerdə yatmağımız
vərdiş halını alır, onunsa bundan xəbəri yoxdur.

***
Tək adam nə cihaz düzəldə, nə də obrazları len-
tə ala bilər; yerdə o qalır ki, bəxti daha çox gətirmiş
insanlar üçün gördüyün səhnələri yazasan, ya təsvir
edəsən. Mən bu cihazlara eləcə baxmaqla onlardan
heç nə anlayan deyiləm. Bu müəmmalı alətlər
Morelin iradəsinə tabe halda işləyir. Sabah, yəqin
ki, dəqiq bir şey öyrənərəm. Axşamı özümə qida
toplamaqla keçirdiyimə görə bu gün zirzəmiyə gedə
bilməmişəm.
Bir gün bu surətlər yoxa çıxsa, heç kim düşün-
məsin ki, onları mən məhv etmişəm. Əksinə, bu ya-
zılarla mən onları xilas etmək istəyirəm. Onlar üçün
təhlükə dənizin hündür qabarmaları və dünya əha-
lisinin artması ilə meydana gələn kütləvi köç hallarıdır.
Bunu düşünmək xoş olmasa da, deməliyəm ki,
mənim biliksizliyim də onlar üçün təhlükə ola bilər;
əlimin altındakı kitabxanada da elmi işə yarayacaq
bir dənə kitab yoxdur.

103
   98   99   100   101   102   103   104   105   106   107   108