Page 108 - "Morelin ixtirası"
P. 108
lfo Bio Kasares
etmək olar ki, taun xəstəliyi, ya da gəmi qəzası nə-
ticəsində hamısı ölüb. Bütün bunlara inanmaq çətindir;
hər bir halda, hələ də anlamıram ki, niyə mən Karakas-
dan çıxanda bu ixtira barədə məlumat yox idi.
Başqa bir ehtimal da o ola bilərdi ki, Moreli dəli
hesab ediblər və ona inanmayıblar; ya da ki, mənim
ilk təxminim düzdür: bunlar hamısı dəlidir və bu
ada dəlilər üçün bir sanatoriyadır.
Bu variantların mümkünlüyünə inanmaq taun
xəstəliyi, yaxud gəmi qəzası ehtimallarına inanmaq
qədər çətindir.
Əgər Avropa, Amerika və ya Yaponiyaya getsəm,
mənim üçün çətin olar. Məşhur ixtiraçıdan qabaq
məşhur fırıldaqçı kimi tanınana qədər Morelin itti-
hamları gəlib məni tapar. Yəqin ki, Karakasdan həbs
sərəncamı da gəlib çıxar. Ən pisi də odur ki, mən bu
dolaşıq vəziyyətə bir dəlinin ixtirası ucbatından
düşmüş olaram.
Lakin mən özümü inandırmalıyam ki, qaçmağa
qəti ehtiyac yoxdur; surətlərlə bir yerdə yaşamaq
xoşbəxtlikdir. Təqibçilərim arxamca buraya gəlsə,
onda bu əlçatmaz adamların möcüzəsinə başları
qarışar və məni unudarlar. Odur ki, qərarlıyam:
burada qalacağam.
Bir gün Faustine ilə görüşsəydim, ona surəti ilə
etdiyim söhbətləri, ona necə aşiq olduğumu, dəfələrlə
qarşısında necə göz yaşı tökdüyümü danışar və onu
çoxlu güldürərdim. Hesab edirəm ki, Faustine ilə
görüşmək fikri pis vərdişə çevrilir; ona görə bu ar-
108