Page 112 - "Morelin ixtirası"
P. 112
lfo Bio Kasares
Orada xoş bir halsızlıq içində bir qədər qaldım
(indi buna inanmaq çətindir). Sonra yaşıl cihazlar
işə düşdü. Bu cihazları su nasosu və elektrik gene-
ratoru ilə müqayisə elədim. Onlara diqqətlə baxdım,
səslərinə qulaq asdım, sağ-soluna keçdim və əlimlə
toxundum, amma heç nə başa düşə bilmədim. Ci-
hazlar dərhal mənə anlaşılmaz gəldi və sanki kimsə
mənə baxır deyə utancımı gizlətmək üçün bir növ
özümü elə aparırdım ki, guya onlardan başım çıxır
(zirzəmiyə gəlməyə tələsdiyimə və bu məqamı çox
gözlədiyimə görə də utanırdım).
Yorğunluğum içimdəki təşvişi yenidən oyatdı.
Özümü ələ almalıyam. Bunu bacarsam, bir yol tapıb
burdan çıxacağam.
Baş verənləri ətraflı şəkildə danışım: başımı aşağı
salıb çıxışa tərəf qayıdırdım. Divara baxanda mənə
elə gəldi ki, səhv istiqamətdə gedirəm. Başımı qaldırıb
divarda açdığım yarığı axtardım. Tapa bilmədim.
Fikirləşdim ki, bəlkə də, bu, maraqlı bir optik
durumdur. Odur ki, baxış bucağımı dəyişmək üçün
bir addım kənara çəkildim. Kor hərəkətinə bənzər
şəkildə əllərimi qabağa uzadıb bütün divarlara to-
xundum. Yarığı açanda yerə tökülmüş farfor və
kərpic qırıntılarını yerdən götürdüm. Məhz həmin
qırıntılarla divara uzun müddət toxundum. Axırda
qəbul etməli oldum ki, divar yenidən hörülüb.
Yəni mənim otağın mavi şəffaflığı və mühərriklərin
işləməyinə o qədər başım qarışıb ki, kiminsə gəlib
divarı yenidən hördüyündən xəbərim olmayıb?
112