Page 114 - "Morelin ixtirası"
P. 114
lfo Bio Kasares

Təzədən zərbələr vurmağa başladım. Bəzi yerlərdə
divardan parçalar qopub düşür, amma yerində qara,
ya da parlaq oyuq əmələ gəlmirdi; divar elə sürətlə
bərpa olunur və əvvəlki möhkəmliyinə qayıdırdı ki,
gözlərim bu prosesi tuta bilmirdi.

“Kömək edin!” – deyə qışqırmağa başladım.
Divara bir neçə zərbə də endirdim və sonra
halsızlıqdan yerə yıxıldım. Dəli kimi çığırmağa
başladım, üz-gözüm pörtdü, məni tər basdı. Sehrli
bir yerdə olmaq qorxusu və belə bir möcüzənin
sanki qisas olaraq mənim kimi imansız və ölməli bir
insanın başına gəlməsi məni dəli edirdi.

Qorxunc mavi divarların əsarəti altında başımı
qaldırıb tavandakı kiçik pəncərəyə tərəf baxdım.
Xeyli müddət heç nə başa düşmədim və sonra qor-
xudan donub qaldım: sidr ağacının bir budağı öz-
özünə iki budağa çevrilir, sonra isə yenidən birləşib
bir budaq olurdu. Ya uca səslə, ya da içimdə öz-
özümə dedim: “Buradan çıxa bilməyəcəyəm, bura
ovsunlanıb”. Qəfildən bu cümləni qurduğuma utandım
və hər şeyi anladım: bu divarlar da Faustine, Morel,
akvariumdakı balıqlar, iki günəş və iki aydan biri,
Belidorun kitabı kimi cihazların yaratdığı surətdir.
Bu divarlar bənnaların tikdiyi divarlarla üst-üstə
düşür (aparatların qeydə aldığı həmin divarlardır ki,
indi surəti göstərilir). Divarın mən parçaladığım
hissələrində surəti əmələ gəlir. Heç bir qüvvə bu
divarı dağıda və o tərəfə keçə bilməz (cihazlar işlədiyi
müddətdə).

114
   109   110   111   112   113   114   115   116   117   118   119