Page 118 - "Morelin ixtirası"
P. 118
lfo Bio Kasares
İkincisi, həm aktyor, həm də tamaşaçı olaraq
ikiləşmək. Özümü dənizin dibində, batmaqda olan
sualtı qayıqda, eyni zamanda, səhnədə təsəvvür
edirdim. Cəsarətimdən həyəcanlanmış halda bu
təsəvvürlərlə xeyli vaxt itirdiyimə görə çölə çıxanda
artıq qaranlıq düşmüşdü və yeməli bitki köklərini
seçmək mümkün deyildi.
***
İlk öncə tək-tək çəkilişlər üçün nəzərdə tutulmuş
qəbulediciləri və proyektorları işə saldım. Aparatın
qarşısına güllər, yarpaqlar, ağcaqanadlar, qurbağalar
yerləşdirdim və onların əkizlərinin əmələ gəlməyini
həyəcanla seyr etdim.
Sonra da bir ehtiyatsızlıq elədim. Sol əlimi
qəbuledicinin qarşısına gətirdim, proyektoru qoşdum
və həmin əlimdən bir dənə də əmələ gəldi. Əlim
çəkiliş anındakı hərəkətlərini təkrar edirdi.
İndi bu əl muzeydə başqa bir obyekt kimi, hətta
canlı heyvan kimi məskunlaşıb.
Proyektoru söndürmürəm ki, əl yoxa çıxmasın;
görünüşü elə də pis təsir bağışlamır, əksinə, adama
məzəli gəlir.
Bir nağılda bu əl qəhrəman üçün qorxulu bir
təhlükə olardı, əslində isə bunda qorxulu nə var ki?
***
Qəbuledicinin qarşısına gətirdiyim bitkilər, yar-
paqlar, çiçəklər beş, ya altı saat, qurbağalar isə on
beş saat sonra öldülər.
118