Page 123 - "Morelin ixtirası"
P. 123
Morelin ixtirası

təpədə yaşadığım vaxtlarda onlar mənə təhlükə
yaratmırdı və mənə maraqlı gəlsələr də, onları rahat
müşahidə etməyə vaxtım olmurdu (onlardan başqa,
demək olar, qalan hər şey təhlükəli idi).

Belidorun yazdığına görə, ayda iki dəfə, dolunay
və təzə ay vaxtı iki ən iri qabarma olur; iki aypara
günlərində isə ən kiçik qabarmalar gəlir.

Bir dəfə, dolunay, ya da ki, təzə ay dövrünün
yeddinci günündə meteoroloji (güclü külək və yağış
nəticəsində yaranan) qabarma gəlmişdi: yəqin, buna
görə mən səhvən düşünmüşəm ki, iri qabarmalar
həftədə bir dəfə gəlir.

Gündəlik qabarmaların qeyri-dəqiqliyinin izahı:
Belidorun fikrincə, ay böyüdükcə qabarmalar hər
gün əlli dəqiqə gec, ay kiçildikcə isə hər gün əlli
dəqiqə daha tez gəlir. Bu qənaət adada özünü tam
doğrultmur: zənnimcə, önləmələr və gecikmələr
gündə on beş, ya iyirmi dəqiqə olur; bu sadə
müşahidələrimi heç bir ölçü cihazları istifadə etmədən
irəli sürürəm. Yəqin ki, alimlər bu fikirlərə çatışmayan
məqamları əlavə edər və daha faydalı nəticə ortaya
çıxararlar ki, bunun sayəsində yaşadığımız dünyanı
daha yaxşı tanımış olarıq.

Bu ay çoxlu sayda iri qabarmalar oldu: onlardan
ikisi ay qabarmaları, digər ikisi isə meteoroloji idi.

Peyda olmalar və yox olmalar. Əvvəlkilər və
sonrakılar. Aparatlar surətləri göstərir. Bu aparatlar
qabarmaların gücü ilə işləyir.

Xeyli müddət davam edən kiçikölçülü qabar-
malardan sonra adanın aşağı hissəsindəki silindrə

123
   118   119   120   121   122   123   124   125   126   127   128