Page 122 - "Morelin ixtirası"
P. 122
lfo Bio Kasares

Faustine mövcud deyil, o, mənə yad olan bir keçmişin
xəyalları ilə bərabər yox olub.

İlk səhifələrdə yazmışam:
“Bu yazının yavaş-yavaş vəsiyyətnaməyə bənzə-
diyini hiss etmək heç də xoş deyil. Əgər bununla
barışıramsa, onda gərək elə edəm ki, mənim iddia-
larımı yoxlamaq mümkün olsun; belə ki, qoy söylədik-
lərimin həqiqət olduğundan nə vaxtsa şübhə edəcək
istənilən adam bilsin ki, məni haqsız olaraq məhkum
ediblər. Bu yazını Leonardonun “Ostinato rigore”
devizi altında davam etdirəcək və buna əməl etməyə
çalışacağam”.
Hazırda mənə qalan ağlamaq və intihar etməkdir;
lakin devizimi əsla yaddan çıxarmıram.
Aşağıdakı səhifələrdə səhvləri düzəldəcəyəm və
aydın izah olunmamış məqamlara aydınlıq gətirəcə-
yəm: beləcə, hekayəm ilə lap əvvəldən sadiq qalmağa
çalışdığım həqiqilik prinsipi arasındakı fərqi daha
da azaldaram.
Qabarmalar: Belidorun (Belidor Forest) kitabını
oxuyub qurtarmışam. Kitab qabarmaların ümumi
təsviri ilə başlayır. Etiraf edim ki, bu adada müşahidə
olunan qabarmalar mənim izahımla yox, Belidorunku
ilə üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, mən
heç vaxt qabarmaları öyrənməmişəm (bəlkə də,
məktəbdə nə isə olub, amma orada heç kim oxu-
murdu) və yalnız qabarmalar mənim üçün əhəmiyyət
kəsb etməyə başlayandan sonra bu gündəliyin ilk
səhifələrində onlardan bəhs etmişəm. Əvvəllər,

122
   117   118   119   120   121   122   123   124   125   126   127