Page 124 - "Morelin ixtirası"
P. 124
lfo Bio Kasares

qədər gedib çatan iri qabarmalar dövrü başladı. Ci-
hazlar işə düşdü və əbədi lent qaldığı yerdən davam
etdi.

Əgər Morelin nitqi həftənin son gecəsi baş
tutmuşdusa, onda, demək, adamlar ilk dəfə üçüncü
gecə peyda olmuşdular.

Surətlərin ilk dəfə peyda olmalarından qabaq
onların uzun müddət görünməmələrinə səbəb, yəqin
ki, qabarmaların rejiminin günəş dövrü ilə əlaqəli
olmasıdır.

İki günəş və iki ay: Qeydə alınmış həftə il boyu
təkrarlandığına görə göydə üst-üstə düşməyən iki
günəş və iki ay görünür (ada sakinlərinin isti vaxtı
üşüməyini, çirkli sularda çimməyini, cəngəlliyin
içində, ya da fırtına vaxtı rəqs etməyini də görürük).
Cihazların və proyektorların olduğu yeri çıxmaq şərti
ilə bütün ada suyun altında qalsaydı belə, surətlər,
muzey və ada hələ də görünərdi.

Son günlərdəki dəhşətli istiyə nə səbəb olduğunu
bilmirəm. Bəlkə də, bu, səhnələrin çəkildiyi vaxtdakı
temperaturla indiki temperaturun üst-üstə düşməyin-
dən irəli gəlir; bəlkə də, yox.

Ağaclar və digər bitkilər: cihazların çəkdikləri
quruyub; çəkilişdə olmayanlar isə – birillik bitkilər
(güllər, otlar) və ağaclar – təravətli qalıb.

Xarab olmuş işıq açarı, ilişib qalmış qapı dəstəkləri,
tərpənməyən pərdələr: xeyli qabaq, qapılar haqqında
dediyim, işıq açarına və dəstəklərə də aiddir. Əgər
çəkiliş vaxtı bağlı olubsa, göstəriləndə də bağlı olma-
lıdır.

124
   119   120   121   122   123   124   125   126   127   128   129