Page 121 - "Morelin ixtirası"
P. 121
Morelin ixtirası

Doğrudan da, gərək o qədər cəsur və vicdanlı,
eyni zamanda vicdansız olasan ki, qurbanların özünə
bu barədə açıqlama verəsən; hərçənd, bu vəhşilik,
öz ideyasını həyata keçirməyin xətrinə kollektiv ölüm
təşkil edən və dostlarının hamısının taleyi haqda
özbaşına qərar verən bir adama əsl yaraşan xüsusiyyət
olar.

Bəs bu ideya nədən ibarət imiş? Bütün dostların
bir arada olmağından istifadə edib bir cənnət yarat-
maq, yoxsa mənim ağlıma gəlməyən naməlum bir
şeymi? Əgər söhbət bilinməyən bir plandan gedirsə,
bəlkə də, heç mənə maraqlı olmaz.

Mənə elə gəlir ki, Namura gəmisinin top atəşi
ilə batırdığı gəmidəki sərnişinlərin taleyini indi başa
düşə bilirəm; Morel özünün və dostlarının ölümündən
istifadə edərək guya bu adada mövcud olan ölümcül
xəstəlik haqqındakı şayiələri təsdiqlədi; bu şayiələri
Morel öz cihazını və ölməzliyini qorumaq üçün
yaymışdı.

Əgər bütün bu fikirlərim doğrudursa, onda bu,
o deməkdir ki, Faustine də ölüb və mən gördüyüm
qadın Faustinenin mənim mövcudluğumu hiss
etməyən surətidir.

***
Onda həyat mənimçün dözülməzdir. Faustine
ilə bir yerdə yaşamaq və eyni zamanda onun bu
qədər uzaqda olduğunu dərk etmək əzabı ilə necə
yaşayım? Onu harada axtarım? Bu adadan kənarda

121
   116   117   118   119   120   121   122   123   124   125   126