Page 120 - "Morelin ixtirası"
P. 120
lfo Bio Kasares
Əlbəttə, həyatımızın səkkiz gününün bütün xırdalıq-
larına qədər həmişəlik qeydə alınmasından, sonradan
xəbər tutmaq hər halda xoş olmaz.
Bir anlıq düşündüm: bu adamlardan kiminsə
dəhşətli bir sirri var. Morel onu öyrənib ifşa etmək
istəyəcək.
Təsadüfən yadıma düşdü ki, bəzi insanlar şəkildən
ona görə qorxur ki, inanırlar ki, onların ruhu çəkilmiş
şəklə keçir və yekunda özləri ölür.
Morelin, dostlarının şəklini onların razılığı olmadan
çəkdiyinə görə narahatlıq keçirməsi fikri məni
güldürdü; doğrudan da, mənə elə gəldi ki, bu müasir
alimin beynində həmin qədim qorxunun izlərinə
rast gəlmişəm.
Cümləni bir daha oxudum: “Əvvəli darıxdırıcı,
davamı qorxulu olan bu səhnəyə görə gərək məni
üzrlü sayasınız. Bunu yaddan çıxaracağıq”.
Son ifadəni necə başa düşmək olar? Onların
tezliklə buna əhəmiyyət verməyəcəkləri, yoxsa artıq
bunu xatırlaya bilməyəcəkləri?
Stoeverlə mübahisə çox kəskin alınmışdı. O da
mən düşdüyüm şübhələrə düşmüşdü. Bunu niyə
gec anladım, bilmirəm.
Həmçinin surətlərin də ruha sahib olmaları haq-
da fərziyyədən belə çıxır ki, adamlar aparatlar tərə-
findən qeydə alındıqdan sonra öz ruhlarını itirirlər.
Morel özü də bunu dilə gətirir: Obrazların da ruhunun
olması fərziyyəsi mənim cihazımın, ötürücü rolunu
oynayan insanlar, heyvanlar və bitkilər üzərindəki
təsirləri sayəsində öz təsdiqini tapmış olur.
120