Page 115 - "Morelin ixtirası"
P. 115
Morelin ixtirası
Cihazlar işləməyəndə mən divarı dağıtsam, yarıq
açıq qalacaq, cihazlar işə düşəndə isə divar yenidən
bərpa olunacaq.
Yəqin, Morel bu ikiqat divarı ona görə icad edib
ki, onun ölməzliyini təmin edən bu cihazlara heç
kim yaxınlaşa bilməsin. Lakin qabarmaların cədvəlini
yaxşı öyrənməyib (yəqin ki, başqa günəş dövrünə
təsadüf edib) və elə bilib ki, qurduğu sistem dayan-
madan işləyə biləcək. Şübhəsiz ki, bu günə qədər
adanı yaxşıca qorumuş məşhur taun xəstəliyi şayiəsini
də elə özü uydurub.
Əsas iş yaşıl cihazları dayandırmaqdır. Onların
necə söndürüldüyünü tapmaq çətin olmamalıdır.
Elektrik generatorunu və su nasosunu işlətməyi
bircə günə öyrənmişdim. Buradan çıxmaq mənim
üçün çətin olmayacaq.
Məni həmin o balaca pəncərə xilas elədi, ya da
edəcək. Mən burada acından ölən deyiləm; nə də
ki, taleyimlə barışıb o dənizdə batan sualtı qayıqda
boğulub ölmüş bürokrat yapon kapitan kimi qoyub
getdiklərimlə vidalaşan deyiləm. “Nuevo Diario”
qəzetində həmin sualtı qayıqda tapılmış məktubu
oxumuşdum. Ölüm ayağında kapitan imperatoru,
nazirləri və vəzifə sırası ilə bütün dənizçiləri
salamlayırdı. Sonra da bunu qeyd edirdi: “İndi bur-
numdan qan gəlir; deyəsən, qulaq pərdələrim deşildi”.
Mən də onun kimi hər şeyi təfərrüatı ilə qeyd
eləmiş oldum. Ümid edirəm, sonluğum da onun ki-
mi olmaz.
115