Page 116 - "Morelin ixtirası"
P. 116
lfo Bio Kasares
Bu gün çəkdiyim iztirablar gündəlikdə öz əksini
tapıb. Çox yazdım: elə hesab edirəm ki, ölmək üzrə
olan adamların uzaq gələcəyə dair planlar qurması,
yaxud boğulduğu an bütün həyatının kiçik bir mənzərə
şəklində gözünün qabağından keçməsi kimi bənzət-
mələr eləmək mənasızdır. Son an dolaşıq və anlaşılmaz
olmalıdır; həmin andan hər zaman o qədər üzüağıq
ki, onda yatan müəmmaları bilə bilmərik. İndi yazını
bir kənara qoyub sakitcə bu mühərrikləri söndürməyin
yolunu axtaracağam. Beləcə, divardakı yarıq təzədən
açılacaq; açılmasa, dəmir boru ilə bu cihazları vurub
sındıracağam, yarıq yenə açılacaq və mən azadlığa
çıxacağam.
***
Hələ də cihazları dayandıra bilməmişəm. Başım
ağrıyır. Getdikcə məni yuxu aparsa da, əsəblərim
arada gərilir və bunun sayəsində yuxum qaçır.
İçimdə elə bir hiss var ki (təbii ki, aldadıcı hiss),
sanki bir az təmiz hava alsam, bu problemləri qısa
zamanda həll edərdim. Pəncərəni sındırmağa çalışdım,
amma o da ətrafımdakı nəsnələr kimi sarsılmaz
dayanıb.
Öz-özümə təkrar edirəm ki, problem nə mənim
yuxulamağımda, nə də havasızlıqdadır. Bu mühərriklər
başqalarından çox fərqli olmalıdır. Hər halda Morel
mühərrikləri elə düzəldib ki, adaya hər gələnin bunlardan
başı çıxmasın. Bununla belə, bu cihazların əsas çətinliyi
116