Page 119 - "Morelin ixtirası"
P. 119
Morelin ixtirası
Surətlər isə necə var, elə də qalıblar.
Ağcaqanadlardan hansının əsl, hansının süni
olduğunu seçə bilmirəm.
Güllər və yarpaqlar, yəqin ki, susuzluqdan məhv
oldu. Qurbağalara da yemək verməmişdim; yəqin,
həm də mühit dəyişikliyinə dözə bilmədilər.
Əlimdəki dəyişikliklərə gəldikdə, məncə, bunlar
aparatın bilavasitə özündən yox, onun məndə yaratdığı
qorxudan qaynaqlanır. Əlimdə zəif, amma fasiləsiz
bir yanğı hiss edirəm. Dərim bir az qabıqdan çıxıb.
Dünən gecə narahat idim. Elə hiss edirdim ki, sanki
əlimdə qorxunc dəyişikliklər olacaq. Yuxuda gördüm
ki, əlimi qaşıdıqca dərim asanca qopub düşür; yəqin
ki, əlimi qaşıyanda zədələmişəm.
***
Bir gün daha dözə bilmərəm.
Əvvəlcə Morelin çıxışındakı bir abzas diqqətimi
cəlb elədi. Sonra mənə elə gəldi ki, nə isə kəşf
eləmişəm və kefim açıldı.
Mən özümü dərhal öldürən deyiləm. Ən parlaq
nəzəriyyələrimin ertəsi gün məhv olması, bacarıqsızlıq
və həvəsin (ya da ümidsizliyin) qəribə bir vəhdətinin
sübutu kimi qalması artıq adət halını alıb. Yəqin ki,
fikirlərimi yazıya alan kimi onlar öz qüvvəsini itirir.
Təəccübümə səbəb olan cümlə bu idi: “Əvvəli
darıxdırıcı, davamı qorxulu olan bu səhnəyə görə
gərək məni üzrlü sayasınız”.
Niyə qorxulu? Onlar özlərinin xəbəri olmadan,
yeni bir üsulla şəkillərinin çəkildiyini eşidəcəkdilər.
119