Page 117 - "Morelin ixtirası"
P. 117
Morelin ixtirası
digərlərindən fərqli olmağından qaynaqlanmalıdır.
Mənim heç bir növ mühərrikdən başım çıxmadığına
görə, bu çətinliyin mənə aidiyyəti yoxdur.
Morelin əbədiyyəti bu cihazların işləməyindən
asılı idi; demək, bunlar çox möhkəm olmalıdır. Buna
görə də onları döyəcləyib sındırmaq fikrindən
daşınmalıyam; bu yolla boş yerə nəfəsim tükənər
və yorularam.
Birdən Morel bu cihazların özlərini da çəkmək
fikrinə düşübsə...
***
Cihazlar olan otaqda su nasosu və işıq genera-
torundan əlavə bir də aşağıdakılar var idi:
a) adanın alçaq hissəsində olan silindrlə əlaqəli
bir qrup ötürücülər;
b) qəbuledicilər, çəkiliş aparatı və proyektorlardan
ibarət, bütün adanı əhatə edəcək şəkildə yerləşdirilmiş
cihazlar şəbəkəsi;
c) obyektlərin tək-tək çəkilişi üçün nəzərdə
tutulmuş daşına bilən qəbuledici, çəkiliş aparatı və
proyektor.
Ən əsas cihaz olduğunu zənn etdiyim qutu, sən
demə, alətlərlə dolu bir yeşik imiş. İçindən çıxan
natamam çertyojları təhlil etmək xeyli vaxtımı aldı
və heç bir işimə də yaramadı.
Hər şeyi anlamağım birdən-birə baş vermədi.
Aşağıdakı mərhələlərdən keçdim:
Birincisi, ümidsizlik.
117