Page 113 - "Morelin ixtirası"
P. 113
Morelin ixtirası

Yaxınlaşıb qulağımı divara dayadım. Farforun
sərinliyini hiss elədim və dərin bir səssizlik duydum;
sanki divarın o biri tərəfi tamam yoxa çıxmışdı.

İçəri girmək üçün divarı dağıdanda işlətdiyim
dəmir boru yerdə idi. “Nə yaxşı ki, bunu görməyiblər,
– deyə sadəlövhlüklə düşündüm. – Yoxsa bu da
getmişdi indi”.

Qulağımı yenidən divara dayadım və sakitlikdən
əmin olduqdan sonra açdığım yarığın yerini dəqiq
tapıb oranı döyəcləməyə başladım (düşündüm ki,
hörgünün köhnə olduğu hissələrdə divar daha bərk
olar). Çoxlu zərbələr endirdim; həyəcanım artırdı.
Farforun içəri tərəfdən tükü də tərpənmirdi. Mən
daha möhkəm, daha ağır zərbələr endirəndə yalnız
cingilti səsi çıxır, divarın səthində nə xırda bir çat
əmələ gəlir, nə də mavi üzlüyündən bir şey qopur-
du.

Əsəblərimi cilovlayıb oturdum və bir az dincəldim.
Sonra təzədən divara hücum çəkdim və başqa
hissələri yoxladım. Üz qatından xırda qırıntılar
düşməyə başladı. İri parçalar qopmağa başladıqca,
mən gözləri dumanlı halda var gücümlə zərbələr
endirirdim, lakin bütün səylərimə baxmayaraq, divar
öz möhkəmliyini qoruyurdu. Nəhayət, mən əldən
düşüb yerə yıxıldım. Əvvəlcə yerə tökülmüş, bir üzü
hamar, digər üzü kələ-kötür kərpic parçalarını əlimlə
yoxladım; sanki gözümün qabağı qəfil aydınlandı və
hər tərəfi bağlı otaqda farforun zədələnməmiş mavi
səthini və bütöv, sağ-salamat divarı gördüm.

113
   108   109   110   111   112   113   114   115   116   117   118